“Gəlin bir anlıq etiraf edək ki, erməni xalqı həqiqətən də ruslar tərəfindən xəyanətə məruz qalıb. Əvvəla, bu tezis doğru olsa da, nəinki erməni xalqının zəifliyindən bəhs edir, əksinə, rusları bütün məsuliyyətdən azad edir”.
Tacxeber.com xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan “168 Zham” saytındakı məqaləsində bildirib.
“Çünki erməni xalqı onların müttəfiqləri deyil, Rusiyaya qeyd-şərtsiz sadiq qalan anlaşılmaz bir kütlədir. Sadəcə olaraq, başqa dövlətlər və xalqlarla sövdələşmələr üçün kiçik bir sikkədir”, – o qeyd edib.
İşxanyan vurğulayıb ki, belə təfəkkürə malik insanların öz dövlətlərinə sahib olmaq hüququ yoxdur: “Bu halda onlar yalnız Rusiyanın quberniyası olduqlarına dözməlidirlər”.