• 22 Noyabr 2024 04:14

Ağamirzə Namiq Qaraçuxurlunun müdafiəsinə qalxdı

Artıq neçə gündür ki, Musiqi Forumu keçirilir. Forum Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Mədəniyyət xadimlərinin, sənətçilərin bir araya gəldiyi forumda meyxanaçıların iştirakı cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusi ilə də Namiq Qaraçuxurlunun həmin tədbirdə iştirak etməsi sosial şəbəkə izləyiciləri tərəfindən tənqid edilməkdədir.

Meyxanaçı Ağamirzə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Musiqi Forumuna tək Namiq Qaraçuxurlu deyil, bir neçə məşhur meyxanaçı dəvət olunub:

“Burada nə var axı? Məni də dəvət ediblər. Həmin günü səhhətimdə problem yarandı, bu səbəbdən forumda iştirak edə bilmədim. Forumu dövlət keçirir. Nazirlik kimi, istəyir dəvət edir. Biz bu ölkənin mədəniyyətinə xidmət etmirik? Tədbirə gedəndə nə olur? İndi deyirlər ki, biz heç yerə getməyək?”.

Meyxanaçı Ağamirzə hesab edir ki, musiqi kimi meyxana da mədəniyyətin ayrılmaz hissəsidir:

“Meyxanaçı Vüqar da tədbirdə olub. Belə qərəzli tənqidləri eşidəndə halmız pozulur. Burada nə var axı? Mən bizi tənqid edənlərə sələnirəm, axı niyə qısqanclıqla yanaşırsınız? Dəvət olunan tədbirə getmək borcumuzdur. Gedib onların varını əllərindən almadıq, pullarına sahib çıxmadıq. Dəvət ediblər getmişik və sənət göstərmişik. Vay o günə ki, dəvət olunmayan yerə gedək. Bütün bunların hamısı qısqanclıqdandır”.

 

Oxşar xəbərlər