• 22 Noyabr 2024 03:50

“Namiq Qaraçuxurlu Foruma meyxana deməyə getmişdi?”- Əli Mirəliyev

Ölkədə üç gündür davam edən Mədəniyyət Forumu fərqli məqamlarla yadda qalıb. Musiqi sahəsinin istər Forumda iştirakçı olan, istərsə də bunu, sadəcə, mədəniyyət hadisəsi kimi izləyən nümayəndələri fikirlərini müxtəlif cür ifadə edirlər.

Müğənni Əli Mirəliyev öz fikirlərini Moderator.az saytı ilə bölüşüb:

“Forum yaxşı şeydi, amma o Forumun içində, tərkibində hansı musiqilər, hansı janr müzakirə olunur? Rokdursa, popdursa, nə mənası var? O bizə aid deyil axı. Bizim öz musiqimiz var axı, bizim gözəl bəstəkarlarımızın nəğmələri var. Əgər bunlar yoxdursa, nə inkişafdan, hansı musiqidən söhbət gedə bilər?

İran ritmi üstündə musiqilərdir baxın efirlərə, hamısı toy mahnılarıdır. Burdan nə ummaq, nə anlama gəlmək olar?

Nə qədər ki musiqinin başında musiqi bilən insan durmayıb, belə tədbirlər, forumlar kömək etməyəcək. Musiqinin kökündən qorumaq lazımdır. Evin özəyini qorumaq necə vacibdirsə, musiqinin də kökü, dəyərləri o qədər vacibdir.

Onlar bilir ki, məni ora dəvət etmək olmazdı, çünki mən çox şey tələb edəcəm. Namiq Qaraçuxurlu Foruma meyxana deməyə getmişdi? Meyxana deyənin Forumda nə işi?”

Tacxeber.com

Oxşar xəbərlər