• 24 Noyabr 2024 10:18

Zelenskinin komandasında sarsıntı gözlənilir: Bir nazir və bir general…

Qışda Ukrayna prezidenti Vladimir Zelenskinin komandasında ciddi sarsıntılar gözlənilir. Ukrayna silahlı qüvvələrinin Rusiya-Ukrayna cəbhəsindəki taktikası da dəyişəcək.

Bu barədə “Time” qəzeti Zelenskinin qərargahındakı anonim mənbələrinə istinadən yazıb. Nəşr bildirir ki, ən azı bir nazir istefa verəcək və Ukrayna ordusunun ləng irəliləyişinə görə, əks-hücum əməliyyatlarına cavabdeh olan yüksək rütbəli general istefaya göndərilə bilər.

“Time” mənbələrindən biri qeyd edib ki, Ukrayna ordusu irəliləmir və buna səbəb həm də cəbhə xəttindəki bəzi komandirlərin birbaşa prezident aparatı tərəfindən verilsə belə, hücumla bağlı əmrləri yerinə yetirməkdən sadəcə imtina etməsidir. Bir çox komandirlər sadəcə səngərdə oturub müdafiəni saxlamaq istəyirlər. Bu, həm Kiyevdə, həm də Qərbdə narahatlıq doğurur. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər