“Ögey atam məni sevirdi” -Nura uşaqlarından nəyi gizlədir? Maqazin 31 Oktyabr 2023 21:39 231 “Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram”. Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Nura Suri deyib. O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib: “Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur”. Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib: “Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib”. Tacxeber.com