• 21 Noyabr 2024 23:10

Parisdə yəhudi evlərini Davud ulduzu ilə işarələməyə başlayıblar.

Paris prokurorluğu paytaxtın 14-cü məhəlləsində evlərin divarlarına çəkilmiş Davud ulduzunun 60-a yaxın şəklinin aşkarlanması ilə bağlı araşdırmalara başlayıb.

“Unikal” xəbər verir ki, vandalizm faktları barədə Fransa Yəhudi Tələbələri Assosiasiyası nəzarət orqanına məlumat verib. Onun nümayəndələri hesab edirlər ki, aksiyanın təşkilatçıları Üçüncü Reyxin nasistlərinin üsullarından istifadə edirlər.

Bəziləri 1930-cu illərdən qalma üsullarla fransız yəhudilərini terror etmək istəyirlər. Onlar tez bir zamanda tapılmalı və ciddi şəkildə cəzalandırılmalıdır ”, – deyə tələbə birliyindən bildiriblər .

Oxşar hərəkətlər Vanves, Fontenay-aux-Roses, Aubervilliers və Saint-Ouen bələdiyyələrində də qeydə alınıb. Bu cinayətə görə maksimum dörd il həbs cəzası və 30.000 avro məbləğində cərimə nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər