“Bu yazını oxudum və xəcalət çəkdim! Çünki məndə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı olmuşam. Uzun müddət vəzifədə işləyib pis imic qazanmaqdansa, az müddətdə işləyib xoş xatirələrlə ayrılmaq daha önəmlidir!”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri məşhur YAP-çı, Naftalan şəhərinin keçmiş icra başçısı Musa Musayev deyib.
O, keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarovun Lənkəran şəhəri və onun icra başçısı haqda səsləndirdiyi tənqidi fikirləri sosial şəbəkədə paylaşaraq aşağıdakıları qeyd edib:
“Naftalan şəhərinə müalicəyə gedən dostlar, tanışlar, qohumlar oradan zəng edib mənim barəmdə dəyərli fikirlər söyləmələri mənə naftalanlıların verdiyi dəyər və yüksək qiymətdir!
Gərək kişi kimi yaşayıb, kişi kimi də işləyəsən! Vəzifədən gedəndə arxanca xoş sözlər danışsınlar.
Naftalanda mənim ilk işim məscid, “yuyat yeri”, xeyir və şər evi tikməkdən ibarət oldu.
Çox təəssüf ki, bəzi məmurlar öz şəxsi mənafeyini dövlətin və millətin mənafeyindən üstün tuturlar. Bu cür məmurlar var və az da deyil”.