• 24 Noyabr 2024 08:31

Nura canlı yayımı tərk etdi: “Bilsəydim, gəlməzdim” – Video

Nura canlı yayımı tərk etdi:  “Bilsəydim, gəlməzdim” - Video

Müğənni Nura Suri qonaq olduğu “Günə son” verilişinin canlı yayımını tərk edib.

Tacxeber.com xəbər verir ki, ifaçı bu addımını verilişdə heç kimin öz fikrini bildirməməsi və hər kəsə məlum olan mövzu ətrafında söhbətin aparılması ilə əlaqələndirib.

Xaricdə təhsil alanların dimplomlarının tanınması problemlərinin müzakirə olunduğu verilişdə N.Suri bu sözləri deyib:

“Bu mözvunu ki, danışırsız, bunların hamısını hər kəs bilir. Bilsəydim ki, burada 8 nəfər olacaq və ağız deyəni qulaq eşitməyəcək, heç kim öz fikrini deməyəcək, hamının bildiyi mövzu ətrafında söhbət olacaq, gəlməzdim. İnsanlara da danışmağa imkan vermirsiniz. Özümü burada çox narahat hiss edirəm. Yəni danışdığımız söhbətin heç bir mənası yoxdur. Sadəcə bəlib boş oturdum”.

Tacxeber.com

Oxşar xəbərlər