• 20 Sentyabr 2024 19:26

Əməkdar artist: Üç dəfə hamilə qalmışam – Video

Əməkdar artist: Üç dəfə hamilə qalmışam - Video

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə açıqlamalar verib.

Tacxeber.com xəbər verir ki, qonaq olduğu “Rəngarəng səhər” verilişində açıqlama verən aktrisa 3 dəfə övladının tələf olduğunu deyib.

“Allahdan övlad istədim, amma vermədi. Amma bunlar geridə qaldı. Biz ailədə üç bacı, üç qardaş olmuşuq. Bir bacımı 22 yaşında itirmişəm. Onun 3 yaşında övladı qaldı. Mən ona analıq edirəm”.

M. Xanlarova sonsuz olmadığını bildirib:

“Heç yerdə demədiyim bir sirrim idi. Uşağım olmurdu, bəlkə də dərinə getsəydim, uşağım olacaqdı. Sonsuz olmamışam. Üç dəfə hamilə qalmışam, amma tələf olublar. Analıq hissini yaşamışam. Allahımdan çox razıyam, heç də peşman deyiləm. Həyat davam edir”.

Tacxeber.com

Oxşar xəbərlər