“Unikal” xəbər verir ki, hadisəni sözügedən klinikadan da təsdiqləyiblər.
Bildirilir ki, hadisə bu gün saat 13:00 radələrində baş verib. Məhbuslar tibbi müayinədən keçmək üçün klinikaya gətiriliblər, onlar isə fürsətdən istifadə edərək qaçıblar.
Hadisə ilə bağlı Penitensiar Xidmət hələlik rəsmi açıqlama verməyib.