• 21 Sentyabr 2024 13:31

“Laçın” postundan silah keçirsəydik… – Karapetyan

Qarabağdan gedən ermənilərin özləri ilə silah apardığı barədə iddiaları qondarma və keçmiş “dq”nin “müdafiə qüvvələrinin birinci komandanı” Arkadi Karapetyan təkzib edib.

Bu barədə o, Ermənistan DİN-in Qarabağ ermənilərinə silahların təhvil verilməsilə bağlı çağırışı haqda danışarkən deyib.

“Bir şeyi başa düşə bilmirəm: Qarabağ erməniləri Ermənistana necə silah gətirə bilərdi? Hər şey o qədər də asan deyil. Kim nəzarət-buraxılış məntəqəsindən (“Laçın” postu nəzərdə tutulur – red.) silah keçirməyə cəhd etsə, ailəsi ilə birlikdə həbs edilərdi, siz nədən danışırsınız?” – o bildirib.

O bildirib ki, ermənilər silah keçirməyə cəhd etsəydilər, azərbaycanlılar buna çox sərt reaksiya verərdi:

“Dediyim odur ki, buraxılış məntəqəsindən silah gətirə bilməzdilər. Azərbaycanlılar o qədər də sadəlövh deyillər ki, Qarabağdan silah aparılmasına imkan versinlər”.  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər