• 23 Noyabr 2024 09:44

Gərginlik pik həddə – Kremlin susqunluğu İrəvanı qorxutdu.

Ermənistanın Rusiya ilə Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası müqavilə imzalamaq təklifi pis oyunda yaxşı mina kimi görünür.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

Siyasətçi qeyd edib ki, Ermənistan Roma Statutunu ratifikasiya etməklə Rusiyaya qarşı tamamilə qeyri-dost addım atıb. Deputat hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mümkün hərbi cinayətlərin araşdırılması üçün BCM-in vasitələrindən istifadənin mümkünlüyü ilə bağlı arqumentlər açıq-aşkar şişirdilib.

“Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya ilə bağlı siyasiləşdirilmiş və ölkəmiz üçün hüquqi əhəmiyyətsiz qərarlar verən qərəzli qərbyönlü strukturdur. Erməni tərəfinin hərəkətlərini qiymətləndirmək üçün qeyd etmək lazımdır ki, Beynəlxalq Cinayətlər Məhkəməsi nədənsə Roma Statutunu imzalamamış ölkələrin öz xidmətlərindən istifadəsinə tam icazə verir. Bunun fonunda Ermənistanın təklifləri pis oyunda yaxşı mina kimi görünür”, – Sultski bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi də öz təkliflərini irəli sürüb:

 

“Bunlar İrəvan tərəfindən nəzərə alınıbmı? Susurlar. Ona görə də indiki vəziyyətdə Ermənistanın təşəbbüsü ilə sazişin bağlanması çətin ki, problemin həlli üçün resept olsun”.

Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan bundan əvvəl demişdi ki, Xarici İşlər Nazirliyinin kanalları vasitəsilə Rusiyaya ikitərəfli dövlətlərarası sazişin bağlanması təklif olunub. Onun sözlərinə görə, təkliflə bağlı Rusiyadan hələlik cavab ala bilməyiblər.

Ermənistanın “Hraparak” qəzeti Kremlin bu təkliflər qarşısındakı susqunluğunun xeyirə əlamət olmadığını yazır. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər