• 23 Noyabr 2024 06:31

Zelenski: Ruslar üçün sərhədi bağlayın və nəticəni görün!

Sərhədləri ruslar üçün bir il müddətinə bağlamaq Rusiyaya ən önəmli sanksiya ola bilər.

Tacxeber.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Vaşinqton Post”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Rusiya vətəndaşları üçün ən təsirli sanksiya ola bilər və onlar bundan sonra Vladimir Putinin qərarlarına təsir göstərməyə başlayacaqlar:

“Söhbət puldan, qazdan, borudan, o cümlədən qışda almanların istiliyinin olmamasından getmir. Sadəcə bağlayın sərhədi və nəticəni görəcəksiniz”.

Tacxeber.az

Oxşar xəbərlər