Tacxeber.com İqtisadiyyat.az-a istinadla bildirir ki, bununla bağlı şirkət səhmdarlarına müraciət edib.
Belə ki, dekabrın 7-də “Bakı Tikinti Konstruksiyaları” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi müzakirə olunacaq.
Ləğvetmə komissiyası yaradılacaq və komissiyanın səlahiyyətləri müəyyənləşdiriləcək.
Qeyd edək ki, əvvəllər “Bakı Tikinti Konstruksiyaları” şirkətinin təşkilati-hüquqi forması QSC olub. Ötən ay səhmdarları bir araya gələrək bu formanı ASC-yə dəyişdiriblər.
Xatırladaq ki, şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadova məxsus olduğu bildirilir. Mətbuatda bununla bağlı mütəmadi materiallar dərc olunub. Nəhayət, o, bir müddət əvvəl vəzifəsindən azad olunub.