Azərbaycanda məşhur broyler şirkəti bağlanır. Cəmiyyət İqtisadiyyat 05 Noyabr 2023 12:23 221 “Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC ləğv edilir. Tacxeber.com İqtisadiyyat.az-a istinadla bildirir ki, bununla bağlı dekabrın 11-də “Səba” ASC səhmdarları bir araya gələcək. Səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda MMC-nin ləğv edilməsi haqqında qərar veriləcək. Qeyd edək ki, ASC-nin səhmdarları bundan əvvəllər də MMC-nin ləğv edilməsi ilə əlaqədar dəfələrlə bir araya gəliblər. Tacxeber.com