• 27 Noyabr 2024 11:53

Təranə Səmədovanın qızı: “Nənəm öləndən sonra anam başını itirdi”

Təranə Səmədovanın qızı: “Nənəm öləndən sonra anam başını itirdi”

“25 iyul 2021-ci il tarixinə qədər nənəm həmişə yanımda olub. O rəhmətə gedəndən sonra sanki həyatımdan bir parça getdi. Nənəmlə yaşamışam. Ən çox nənəmi məktəbə gedən illərdə xatırlayıram. Dərslərimə kömək edirdi. Məni məktəbə nənəm aparıb, gətirirdi. Yanımda olurdu. Anam da bilirdi ki, nənəmi ondan daha çox istəyirdim. Çünki gözümü açandan nənəmi görmüşdüm”.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Suel “Günaydın, Azərbaycan!” səhər şousunda deyib.

2 il əvvəl nənəsi İradə Səmədovanı itirən qızcığaz onunla bağlı xatirələrini dilə gətirib:

“Mənim üçün nənəmi itirmək çox ağır oldu. Nənəm sağ olsaydı, qoymazdı başımıza belə hadisələr gəlsin. Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi. Bir dəfə nənəm yuxuma girdi, dedi ki, sənə demişdim axı, ölsəm belə olacaqbax”.

Suel bildirib ki, anaları yanlarında olsa da, bacısına ana əvəzi olub:

“Adelə mən analıq etmişəm. Baxmayaraq ki, anamız yanımızda olub. Amma bacıma mən baxmışam. Adel artıq böyüyüb. O ilk addımlarını atır. İlk dəfə məni görəndə tanımadı. Amma gedəndən sonra arxamca çox ağlayıb”.

Böyük qızı Təranə Səmədovanı səhvlərinə görə, bağışlaya bilmədiyini dilə gətirib: “Təbii ki, Təranə mənim anamdır. Onu atmaram. Amma onu bağışlamaq çox çətindir”.

Xatırladaq ki, Suel “Səni axtarıram” ictimai-sosial verilişinə çıxaraq anası prodüser Təranə Səmədovadan imtina etdiyini və adiyyatı dövlət qurumlarından anasının əlindən qəyyumluğu alınmasını müğənni Rəqsanə İsmayılovaya verilməsini istəyib.

Tacxeber.com

Oxşar xəbərlər