• 28 Noyabr 2024 21:52

“Kerçə zərbənin işğalçılar üçün nəticələri nədən ibarətdir?” – ISW

 “USQ bu ilin iyun ayından Krımda Rusiyanın infrastrukturu, ilk növbədə Qara dəniz Donanması obyektlərinin məhv edilməsi üzrə kampaniya aparır…”

Ukraynalı hərbçilər ötən sutka ərzində müvəqqəti işğal edilmiş Kerç ərazisində yerləşən “Zaliv” gəmi təmiri zavodunda rusiyalıların dəniz və liman infrastrukturuna hücum edib.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, peyk şəkilləri göstərib ki, zərbə nəticəsində tərsanədə “Karakurt” 2800 layihəli korvet (üçdorlu hərbi gəmi-red.) zədələnib, gəminin zədələnmə dərəcəsi hələlik aydın deyil.

 

Hesabatda deyilir ki, “Zaliv” zavodu 2016-2021-ci illərdə Rusiyanın Qara dəniz Donanması üçün nəzərdə tutulmuş 14 döyüş gəmisi, o cümlədən 8 “Karakurt” 22800 layihəli gəmi inşa etməyi planlaşdırıb. Lakin bu il üçün tərsanədə cəmi üç korvet istismara verilib.

Məlum olduğu kimi, “Zaliv” gəmi təmiri zavodu Şərqi Avropada ən böyük tərsanə və , ehtimal ki, Rusiyanın Qara dəniz Donanmasının müvəqqəti işğal edilmiş Krımda USQ-nin 13 sentyabr 2023-cü ildə Sevastopolda “Sevmorzavod”a uğurlu zərbəsindən sonra əsas təmir müəssisəsidir.

Analitiklərin sözlərinə görə, itkilərin miqyası hələlik aydın deyil, peyk şəkilləri gümanlar etməyə imkan verir. Ekspertlərin fikrincə, böyük ehtimalla, bu zərbə nəticəsində orta və uzunmüddətli perspektivdə onun fəaliyyətini pozan zərər vurulmayıb.

ISW-nin dəyərləndirməsinə görə, 2023-cü ilin iyun ayından USQ işğal edilmiş Krımda Rusiyanın hərbi infrastrukturu, ilk növbədə Qara dəniz Donanması obyektlərinin məhv edilməsi üzrə kampaniya aparır.

Bu, rusiyalı hərbçilərin Krımdan Ukraynanın cənubunda Rusiyanın əməliyyatları üçün platsdarm və arxa cəbhə kimi istifadə etmək qabiliyyətinin zəiflədilməsi məqsədini daşıyır.

Kerçə zərbə – bəlli olanlar

Şənbə günü Kerçdə partlayışlar edilib. Qəsbkarlar 15-dək raket hücumu, onların vurulması, “qalıqlarının” isə gəmi təmiri zavodunun ərazisinə düşməsi barədə məlumat verib.

Tezliklə bəlli olub ki, əslində ən azı bir gəmi atəşə məruz qalıb. Sonradan bu məlumat həm USQ, həm də qəsbkarlar tərəfindən təsdiq edilib. Düşmən etiraf edib ki, raket həqiqətən “Karakurt” layihəli gəmini hədəfə alıb.

İnternetdə işğal edilmiş Kerçdə gəmi təmiri zavodunun dokunda Rusiyanın Ukrayna raketi ilə zərər çəkmiş “Askold” gəmisinin yeni, daha aydın peyk şəkilləri üzə çıxıb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər