Məhəllələr ləğv olunsun, polis postları qurulsun – Samir Mirzə
“Tıxac sunamisi” Bakını günü-gündən daha da bağrına basır. O qədər aşiq olub ki, paytaxtın sıxıb suyunu çıxarır. Nəyin eşqidir, nəyin həsrətidir, məlum deyil.
Zarafat bir yana, artıq ara məhəllə adlandırdığımız küçələrdə də paytaxtın mərkəzi yolları kimi uzun tıxaclar yaranır. Bu bir tərəfdən yaxşıdır ona görə ki, sıxlıq olmayanda maşınlar sürətli və intensiv hərəkət edir. Yaxşı-zad deyil. Ara məhəllələrdə yaşayan insanlar ya dua ilə, ya min ölçüb bir biçdikdən sonra başını bayıra çıxarır. Çünki necə deyərlər, “vicyuuu” səsi ilə şütüyən maşınlar düz ağzının içindən keçir. Təhlükəsizliyə görə, piyada zolağının, işıqforun, yol polisinin belə küçələrdə gözə dəyməsi zərurətə çevrilir.