• 20 Sentyabr 2024 17:27

Elgiz: Yas mərasiminə lümlüt gəlmişdi – Video

Elgiz: Yas mərasiminə lümlüt gəlmişdi - Video

Aparıcı Elgiz Əkbər yas mərasiminə açıq-saçıq geyimdə gələn sənətçidən danışıb.

Tacxeber.com xəbər verir ki, o, hadisənin mərhum Xalq artisti Hacıbaba Bağırovun yas mərasimində yaşandığını bildirib:

“Mən o qadının adını çəkməyəcəyəm. Çünki ona hörmətim var. Amma yas mərasiminə elə bir formada gəlmişdi ki… Şok oldum. Təkcə mən yox, mərasimdə olanların hamısı onu bu halda görüb ağzı açıq qalmışdı.

Orada bütün sənət adamları vardı. Birdən qapı açıldı, bu qadın içəri girdi. Hamı səsini kəsdi. Hətta ağlayanlar da ağlamağını dayandırdılar, çönüb içəri girən qadına baxdılar.

İnanırsınız, ağzımız açıq qaldı ki, bu nədir? Həmin qadın sənətçi yas mərasiminə demək olar ki, lümlüt gəlmişdi. Adını açıqlamaq istəmirəm”.

Tacxeber.com

Oxşar xəbərlər