• 24 Noyabr 2024 05:08

Putinin təcili səfəri: Peskov inkar etsə də, şübhələr artır

Putinin Qazaxıstana nəzərdə tutulan səfəri ciddi müzakirələrə səbəb olub. Bir çox ekspertlər onun Astanaya səfərini son vaxtlarda Qərbin Qazaxsıstana olan marağı və bu ölkə ilə sıx əməkdaşlıq məsələlərinin dayandığı qeyd edir. Qərbin Orta Asiyaya, xüsusən də Qazaxıstana olan bu marağı Moskvanı ciddi narahat etməkdədir. Moskvanı narahat edən digər məqam isə Rusiyadan yan keçən enerji, logistik marşrutlar və iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, investisiya qoyuluşu  məsələləridir. Kreml Qərbin hərəkətlərini Rusiyanın Mərkəzi Asiyadan tədricən sıxışdırılması istiqamətində atılan addımlar kimi dəyərləndirir.  

Kreml isə onun ünvanına səslənən bu iddiaları təkzib edib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə aydınlıq gətirərək deyib ki, Vladimir Putinin Astanaya gözlənilən səfəri Avropa ölkələrinin Qazaxıstana marağının artması ilə bağlı deyil.

 

“Putinin səfəri qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev ilə ikitərəfli münasibətlərin bütün kompleksi üzrə saatları sinxronizasiya etməyi planlaşdırırlar”, – Peskov qeyd edib.

Peskov əlavə edib ki, Rusiya bütün münasibətlər kompleksi üzrə qeydləri müqayisə etməli olacaq və onlar çoxşaxəlidir: “Qarşıqlıqlı maraq doğuran məsələlər yetərincədir: sərmayələr, bütün sahələrdə əməkdaşlıqlar, regional problemlər ətrafında fikir mübadiləsi və sairə. O baxımdan da bu səfər digərlərinin səfərləri ilə əlaqəli deyil. Biz Qazaxıstanla olan əlaqələrimiz onunla bir çox başqa ölkələrlə münasibətindən qat-qat sıxdır. Biz tarixi tərəfdaş və müttəfiq ölkəyik”, – Peskov qeyd edib.

Peskovun bu cavabına baxmayaraq ekspertlər hesab edir ki, bu gün Mərkəzi Asiya Qərb və Çin üçün ciddi maraqlı bölgədir. Bütün güclər bu bölgədə öz çıxarlarını təmin edib faydalanmağa çalışır. Ona görə də Mərkəzi Asiyaya olan bu münasibət Kremli narahat etməyə bilməz. Odur ki, Putin Astanada qazaxıstanlı  həmkarı Tokayevlə Kremli narahat edən bu məsələləri bağlı qapılar arxasında müzakirə edəcəyi istisnasızdır. (Ölkə)

 

Tacxeber.com

Oxşar xəbərlər