• 24 Noyabr 2024 15:16

Patruşev: “Ukrayna Rusiyadakı AES-na hücum planlaşdırıb”

Nikolay Patruşev

“Kiyev döyüş meydanında uğur qazanmadan Moskvaya qarşı getdikcə daha çox terror üsullarına əl atır, o, artıq Leninqrad, Kalinin və Kursk atom elektrik stansiyalarına (AES) hücum etməyə cəhd edib”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB həmkarları ilə görüşündə deyib.

“Döyüş meydanında uğurun olmaması Kiyevi getdikcə daha çox terror metodlarına, o cümlədən Rusiya vətəndaşlarının öldürülməsi mülki obyektlərə və mühüm infrastruktura hücumlara əl atmağa məcbur edir. Ukrayna tərəfi Leninqrad, Kalinin və Kursk atom elektrik stansiyalarına münasibətdə də oxşar addımlar atıb”, – deyə Patruşev bildirib.

 

Adının açıqlanmasını istəməyən Ukrayna xüsusi xidmət orqanlarının yüksək çinli zabiti Patruşevin səsləndirdiyi fikirləri “təhlükə barədə yayındırıcı xəbər” adlandırıb. “Ukrayna Çernobl faciəsindən ən çox zərər görmüş ölkə olaraq atom elektrik stansiyalarının nə qədər təhlükəli obyekt olduğunu çox yaxşı anlayır. Bundan əlavə, biz bilirik ki, bu obyetlərə hücumla lokal zərər vurmaq mümkün deyil. Biz Rusiyanın ərazimizi işğal etmiş hərbi gücünə qarşı mübarizə aparırıq, bu rus xalqına qarşı deyil. Onu qeyd edim ki, Patruşevin bu çıxışı Rusiyanın çox təhlükəli planı barədə ilkin açılama hesab oluna bilər. Görünür, onlar Ukraynanı günahlandırmaqla fikir yayındırmaq və Ukraynadakı AES-lərə zərbə vurmaq istəyirlər. Düşünürəm ki, onlar artıq bu barədə planlar qurublar. Biz Rusların planlarını həyata keçirməzdən əvvəl siyasi zəmin yaratmaq üçün yalan məlumatlar yaymaq vərdişini dəfələrlə görmüşük”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər