• 24 Noyabr 2024 03:51

“ABŞ Senatı Ukraynasız İsrailə yardım haqqında qanun layihəsini rədd edib” – “Reuters”

“Bizim Ukrayna və İsraildəki müttəfiqlərimiz maliyyələşdirmədə ləngiməyimizə imkan verə bilməzlər…”

“Bayden İsrailə Ukraynasız hərbi yardımı nəzərdə tutan qanun layihəsinə veto qoya bilər…”

Oktyabrın 7-də ABŞ Senatı Respublikaçılar Partiyası nümayəndələrinin ötən həfrə Nümayəndələr Palatası tərəfindən qəbul edilən və İsrailə fövqəladə yardımın göstərilməsi və Ukraynaya yardımı nəzərdə tutmayan qanun layihəsini təsdiq etmək cəhdlərini əngəlləyib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Demokratlar humanitar yardım, sərhədlərin mühafizəsinin maliyyələşdirilməsi və digər məsələlərə əlavə olaraq həm Ukrayna, həm də İsrail üçün maliyyələşdirmənin vacibliyini vurğulayıb.

 

Respublikaçı senator Rocer Marşall deyib ki, zamanın mühüm əhəmiyyəti var və “Senatın İsrailə bu fövqəladə vacib yardımın çatdırılmasını bircə gün də təxirə salmaması son dərəcə vacibdir”.

Lakin demokratlar belə yanaşmanı rədd edib, humanitar yardım, sərhədlərin mühafizəsinin maliyyələşdirilməsi və Hind-Sakit okean regionunda Çinə müqavimət göstərilməsi üçün maliyyələşdirməyə əlavə olaraq həm Ukrayna, həm də İsrailə yardım göstərilməsinin vacibliyini vurğulayıb.

Ötən ay prezident Co Bayden tərəfindən Konqresə göndərilən 106 milyard dollar məbləğində maliyyələşdirmə barəsində sorğusunda məhz bu barədə deyilir.

Demokrat Partiyasının nümayəndələri həmçinin respublikaçıları İsraildə vəziyyətlə bağlı siyasi oyunlarda ittiham edib, çünki ölkəyə yardımı ABŞ-ın daxili gəlirlər xidmətinin maliyyələşdirilməsinin azaldılması ilə bağlayır.

“Bizim Ukraynadakı müttəfiqlərimiz İsraildəki müttəfiqlərimiz kimi ləngiməyimizə imkan verə bilməzlər”, – Senatın büdcə komitəsinin rəhbəri Petti Mürrey vurğulayıb.

ABŞ-dan Ukrayna və İsrailə yardım – başlıca məqamlar

2023-cü il oktyabrın 20-də ABŞ prezidenti Co Bayden administrasiyası Konqresə 106 milyard dollar məbləğində maliyyələşdirmə haqqında sorğu göndərib.

Bu vəsaitlər Ukraynaya, İsrailə və digər xarici dövlətlərə, Amerika sərhədlərinin mühafizəsinə və s. nəzərdə tutulub. Vəsaitlərin əksəriyyəti (61, 4 milyard dollar) məhz Ukraynaya yardıma yönəlib.

ABŞ Nümayəndələr Palatasında xeyli kadr dəyişikliyi baş verən zaman vergi xidmətinin büdcəsinin azaldılması hesabına İsrailə 14, 3 milyard dollar yardım ayrılması təklif edilib.

Lakin onlar bu paketdən Ukraynaya yardımı çıxarmağı təklif edib. Senatda çoxluğun lideri Çak Şumer bu ideyanı “son dərəcə qeyri-adekvat” adlandırıb.

Noyabrın 3-də məlumat verilib ki, ABŞ Nümayəndələr Palatası Baydenin İsrail və Ukraynaya yardımı birləşdirmək xahişinə rəğmən, İsrailə 14, 3 milyard dollar məbləğində fövqəladə yardım barədə qanun layihəsini təsdiq edib.

Qeyd edək ki, bundan öncə Baydenin bu qanun layihəsinə qəbul ediləcəyi təqdirdə veto qoyacağı barədə deyilib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər