• 24 Noyabr 2024 05:55

Yeməyi mikrodalğalı sobada qızdırmaq heç də zərərli deyilmiş

Dietoloq bildiklərimizin tam əksini qeyd edib…

yemeyi-mikrodalgali-sobada-qizdirmaq-hec-de-zererli-deyilmis

 

Birmingemdəki Aston Universitetinin ixtisaslı dietoloqu Dueyn Mellor mikrodalğalı sobadan istifadənin qidadakı qida maddələrini məhv etməsi mifi təkzib edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Həkim izah edib ki, bütün bişirmə üsulları (sobada bişirmə, buxarda bişirmə) bu və ya digər şəkildə bəzi qida maddələrinin məhvinə səbəb olur. Çünki istilik onların kimyəvi quruluşunu dəyişə bilər. Yemək çox uzun müddət və ya çox yüksək temperaturda bişirilirsə, vitaminlər və minerallar daha az qorunur.

Mikrodalğalı sobada yeməyi bir neçə dəqiqə qızdırmaq ürək, böyrək, sümük, əzələ və həzm sistemi üçün həyati vacib maddələr olan lif, C vitamini, kalium və maqneziumun qorunmasına kömək edir.

Soyuducuda ondurmaq da qidalardakı vitaminləri, mineral və qida maddələrini məhv edə bilməz.

Belə ki, Londonda yaşayan dietoloq Kim Pirson dondurulmuş meyvə və tərəvəzlərin tərkibində təzə meyvələrdən daha çox qida maddəsi olduğunu söyləyib. Fakt budur ki, məhsullar ən çox keyfiyyətin zirvəsində dondurulur və minimal emaldan keçir.

Tacxeber.com

Oxşar xəbərlər