Almaniyalı məşqçi Rayner Kraft Azərbaycandan təklif alıb.
Tacxeber.com yerli mətbuata istinadən xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis özü açıqlayıb.
O bildirib ki, Azərbaycanla yanaşı, İran, Meksika, Qana və Çində çalışmaq variantı olsa da, heç birini müsbət cavablandırmayıb. Almaniyalı mütəxəssis adıçəkilən ölkələrdə həm baş məşqçi, həm də köməkçi-məşqçi kimi işləmək təklifini qəbul etmədiyini söyləyib.
Qeyd edək ki, Rayner Kraft son olaraq Lüksemburqun “Berdenia Berburq” klubuna rəhbərlik edib.