• 21 Sentyabr 2024 18:57

Azərbaycanlı bu hərəkəti ilə Rusiyada günün qəhrəmanı oldu – FOTO

“Günün qəhrəmanı Lyuberetsdə yaşayan azərbaycanlıdır. O, ətrafda gəzib əlindəki xəncərlə adamlara xəsarət yetirən qeyri-adekvat kişini bilərəkdən avtomobili ilə vurub”.

Bunu Rusiyanın “Baza” Teleqram kanalı Lyuberets şəhərində baş verən hadisə barədə bildirib.

“Baza”nın xəbərinə görə, azərbaycanlı Müqabil Babayev əvvəlcə elə bilib ki, həmin şəxsin əlində mulyaj var:

“Amma sonra həmin adam xəncərlə yoldan keçən qızı vuranda Müqabil başa düşüb ki, hər şey gerçəkdir. Müqabilin silahı isə yalnız şəxsi maşını olub. O, maşını ilə hücum edən şəxsi vurub yerə yıxıb, sonra isə polisə onu ram etməkdə kömək edib”.

Müqabil Babayev hadisə barədə bunları deyib:

 

“Baş verənləri görəndə şokda idim. Həmin an nə edəcəyimi bilmədim. Birdən ağlıma gəldi ki, onu maşınla vurmalıyam, vəssalam. Çünki o, piyada keçidini keçsəydi, qarşıdakı məktəbə girəcəkdi, orda da uşaqları bıçaqlayacaqdı”.

“Baza” bildirir ki, əlində xəncər olan şəxs Roman Kontselidzedir. O, küçədə bir qıza və uşağa bir neçə zərbə endirməyə müvəffəq olub. Qız baş və çiynindən bıçaq xəsarəti alıb. Ancaq xəstəxanaya getməkdən imtina edib. Kontselidze 14 yaşlı Qlebi isə butılka ilə vurub. Yeniyetmə sinəsindən kəsilmiş-deşilmiş yara alaraq, xəstəxanaya aparılıb. Hücum edənin özü də hazırda xəstəxanadadır.

Qeyd edək ki, psixi problemləri olduğu güman edilən Roman Kontselidzeni zərərsizləşdirən azərbaycanlı – Babayev Müqabil Hacı oğlu 20 ildən artıqdır ki, Rusiya vətəndaşıdır. (Bakupost)

 

Oxşar xəbərlər