Rusiyanın işğal etdiyi Melitopol şəhərində hərbi qərargah partladılıb.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Kəşfiyyatın məlumatına görə, noyabrın 11-də Melitopolda rusların qərargaha çevirdikləri poçt binasında güclü partlayış olub. Partlayışın FTX və “Rosqvardiya” zabitlərinin binada iclas keçirdikləri vaxt baş verdiyi bildirilib.
Qeyd olunub ki, partlayış nəticəsində azı 3 zabit ölüb. (Axar)