Ey Netanyahu (İsrail baş naziri – red.) bunlar sənin yaxşı günlərindir. Səni daha fərqli günlər gözləyir.
Tacxeber.com teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“O körpələr, yavrular kəfənə bükülüb. O analar şəhid körpələrinin cəsədini qoxlayaraq məzara aparır. Onların ahı sənə firavanlıq bəxş etməyəcək. Netanyahu gedəcəksən! Alma məzlumun ahını çıxar ahəstə, ahəstə”, – deyə dövlət başçısı bildirib.