Balın faydaları haqqında çox yazılıb, çox deyilib. Bəzi həkimlər balı orqanizm üçün “sehrli dırman” adlandırır.
Tacxeber.com bu dəfə ballı suyun faydalarını təqdim edir:
Belə ki, ballı su həzm normallaşdırır, mədə-bağırsaq traktının bütün hissələrinin fəaliyyətini yaxşılaşdırır.
İmmuniteti yüksəldir. Ballı sudan istifadə etdikdə xroniki burun axıntısı, bronxit keçir, selik mayeləşir və ağciyərlərdən çıxır.
Ballı su eyni zamanda mədə-bağırsaq traktında olan bütün növ parazitlərin çoxalmağının qarşısını alır.
Ballı suyun hazırlanması isə çox sadədir:
1 çay qaşığı balı bir stəkan çiy suda həll edin. Həll edilən zaman tərkibinə görə qan plazması ilə eyni olan 30% bal məhlulu alınır. Çiy suda olan bal klaster bağları əmələ gətirir. Bu da onun tərkibini və faydasını daha çox artırır.