• 24 Noyabr 2024 06:54

Azərbaycan qalmaqallı blogeri Rusiyaya ekstradisiya etdi.

Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə qarşı hücumda ittiham olunan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Daha əvvəl 18 yaşlı Tural Məmmədov Rusiyanın müraciəti ilə Azərbaycanda saxlanılıb.

İstintaqın məlumatına görə, gənc oğlan digər gənclərlə birlikdə yoldan keçənlərlə qəsdən münaqişə yaradıb və onları döyüb. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İstintaq çərçivəsində yaşı 14-18 arasında olan 10-dan çox şəxs saxlanılıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər