• 24 Noyabr 2024 05:01

Bulyonla yeməyə ləzzət deyil, zəhər qatırıq – XƏBƏRDARLIQ

Davamlı istifadə edildikdə digər xəstəliklərə də səbəb olur…

bulyonla-yemeye-lezzet-deyil-zeher-qatiriq

 

Mütəxəssislər yeməklərə ləzzət vermək üçün istifadə edilən bulyonların insan sağlamlığını təhlükəyə atdığını vurğulayırlar.

Tacxeber.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, türkiyəli diyetoloq Ferhan Coşkun yeməklərə qatılan bulyonların tərkibindəki duzun (yüksək natrium) ürək-damar xəstəlikləri, hipertoniya və böyrək xəstəliklərinə səbəb olduğunu bildirib.

Gündəlik duz istehlakının 5 qramın altında saxlanmasını tövsiyə edən diyetoloq bunları qeyd edib:

“Çin duzu kimi tanınan monosodium, qlutamat müxtəlif xəstələrdə allergik reaksiyalara, qızartı və başgicəllənməyə səbəb ola bilər. Ən əsası istifadə müddətini uzatmaq və dad vermək üçün istifadə edilən süni dadlandırıcılar, rəngləndiricilər və konservantlar kimi əlavələr insan sağlamlığında allergik reaksiyalara səbəb olur. Davamlı istifadə edildikdə digər xəstəliklərə də səbəb ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər