• 25 Noyabr 2024 04:23

“Azərbaycan qələbəyə layiq idi, mən isə məyusam”

İsveç komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycana 0:3 hesabı ilə məğlub olub.

Qonaqların baş məşqçisi Yanne Anderson matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azərbaycan millisindən bu cür oyun və belə hesab gözləyirdiz?

– Azərbaycan çox yaxşı komandadır. Heyətində fərdi keyfiyyətləri yaxşı olan oyunçular var. Rəqib oyunun əvvəlində iki asan qol vurdu. Bundan sonra geridönüş etmək çətin idi. Azərbaycan millisi Belçika və Avstriyaya qarşı da yaxşı oynamışdı. Sadəcə bəxt onların tərəfində deyildi. Bu gün də hər şey Azərbaycanın istədiyi kimi getdi. Onları təbrik edirəm.

– Futbolçu və baş məşqçi kimi zəngin karyeraya maliksiz. Azərbaycan millisinin vurduğu üçüncü qolu necə şərh edəcəksiz? Bu cür fantastik qol görmüşdüz?

– 2017-ci ildə Fransa millisinin qapıçısı Huqo Llorisə 45 metrdən qol vurmuşduq. Çox yaxşı qol idi. Oyunçunun konsentrasiyası, epizodu görməsi… Onu da qol münasibət ilə təbrik edirəm.

– Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansınız qalsaydı, bu gün başqa cür olardı?

– Mənim üçün fərq etmir. Bu gün biz məğlub olduq. Azərbaycan millisini təbrik edirəm. Onlar buna layiq idi. Mən isə məyusam. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər