Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində İsveçə qarşı oyunda (3:0) 3-cü qolu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd etməsi barədə danışıb.
Tacxeber.com xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bu addımı atmasının səbəbi ilə bağlı deyib:
“Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı”.