• 24 Noyabr 2024 05:54

Qaraciyərin tokinlərlə dolduğunu göstərən 7 əlamət

 

Qaraciyər orqanizmdə ən iri vəzdir. O qandan toksinləri təmizləyir və böyrəklərə ötürür. Zamanla müəyyən şəraitdə və səbəblərdən zərərli, zəhərli maddələrlə çirklənir, dolur.

Qaraciyərin toksinlə dolmasının 7 əlaməti:

1. Qaraciyər olan nahiyədə ağrı, ağırlıq
Əgər siz çox yağlı, qızarmış qidalar yeyib, az hərəkət edirsizsə, qaraciyəriniz böyüyəcək. Əgər hiss edirsizsə, mədəniz daim şişib və yuxarıya doğru sıxılıb deməli, qaraciyər böyüyüb.

2. Tez-tez, xüsusən səhərlər ürəkbulanma

Ürəkbulanma məhz qaraciyər, ödlə bağlıdır.

3. Həssas, saralmış dəri və göz

Qaraciyərdə baş verən istənilən dəyişiklik dəridə özünü göstərir. Hətta qaşınma və səpki ola bilər. Bu onu göstərir ki, qanda həddən artıq çox bilirubin yığılıb.

4. Zəiflik, yorğunluq

Qaraciyər qana toksinlər ötürəndə bütün bədən zəifləyir

5. İstilik, hərarət

Bəzi xəstələrdə bədən temperaturu qalxır.

6. Sidik və nəcisin dəyişməsi.

Sidik tündləşir, nəcis açıq krem rəngi alır

7. Əzələ, oynaq ağrıları – Qaraciyər normal funksiya göstərmədikdə, kalsium, D vitamini də yaxşı mənimsənilmir, dəridə göyrmələr yaranır. Oynaq mayesinin olması da qaraciyərdən asılıdır. /Medicina

Tacxeber.com

Oxşar xəbərlər