• 25 Noyabr 2024 02:31

Putin pisdir, ona etibar etmək olmaz – Konqresmen Cim Kosta

Putin pisdir, ona etibar etmək olmaz - Konqresmen Cim Kosta

“Dünya yanır, 20 ay əvvəl Rusiya Ukraynanı işğal etdi, 6 həftə əvvəl HƏMAS İsrailə qarşı amansız hücuma keçərək 1400 israillini qətlə yetirib münaqişəni başlatdı. Qarabağdan isə minlərlə erməni Ermənistana köçüb. Bu, Qafqazda sülhü çox çətinləşdirir”. 

Tacxeber.com “Amerikanın səsi”nə istinadla xəbər verir ki, bu barədə ABŞ konqresmen Cim Kosta deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa müttəfiqləri birləşməli və strateji plan hazırlamalı, ölkələri danışıqlar masası arxasına oturmağa, münaqişələrdən qaçmağa və fikir ayrılıqlarının sülh yolu ilə həllinə məcbur etməyə çalışmalıdır.

Rusiyanın Cənubi Qafqazdakı rolu və təsirinə, Rusiyanın vicdanlı vasitəçi ola biləcəyinə toxunan Kosta buna inanmadığını da söyləyib:

“Mən belə düşünmürəm. Rusiyaya inamımı itirmişəm. Rusiya Ukraynanı işğal etməklə əvvəllər imzalanmış müqavilələri pozub. Rusiya yaxşı ilə şər arasındakı fərqi nümayiş etdirir. Putin pisdir, Ukraynadan 30 minə yaxın günahsız uşağı qaçırıblar. Ukraynada məktəbləri, uşaq bağçalarını və dinc əhalini bombaladılar. Putin hərbi cinayətkardır, ona etibar etmək olmaz. Rusiya demokratik ölkələrin ittifaqlarını və ABŞ-ın dünyada nüfuzunu sarsıtmaq istəyən nüfuzu azalan bir gücdür.

Putin özünü Böyük Pyotr kimi təsəvvür edir, guya köhnə imperiya Rusiyasını canlandırır. O, bir neçə dəfə 20-ci əsrin ən böyük fəlakətinin SSRİ-nin dağılması olduğunu iddia edib və indi itirdiklərini geri qaytarmağa çalışır. Məsələn, Ukrayna, Qafqaz, Ermənistan kimi Qərbə baxan ölkələrdə öz ambisiyalarını həyata keçirmək niyyətindədir”.

Tacxeber.com

Oxşar xəbərlər