• 23 Noyabr 2024 23:15

Rus ordusu bu istiqamətdə ağır itkilər verir

Son bir həftə ərzində cəbhənin üç sektorunda şiddətli döyüşlər aparılıb, tərəflərdən heç biri irəliləyiş əldə etməyib.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

“Döyüşlər Luqansk vilayətinin Kupyansk şəhəri istiqamətində, Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında və Xerson vilayətində Dnepr çayının sol sahilində baş verib. Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında ruslar xüsusilə ağır itki veriblər. Avdeyevka döyüşlərində ruslar hər gün 500-1000 arası canlı qüvvə itirirlər”, – hesabatda bildirilib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər