• 23 Noyabr 2024 20:11

Myasnikov: “Bu vitaminin çatışmazlığı yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”

 

Həkim və teleaparıcı Aleksandr Myasnikovun sözlərinə görə, nəzərə çarpan D vitamini çatışmazlığı immunitetin zəifləməsinə səbəb olur.

Tacxeber com xəbər verir ki, həkim bu problemin xüsusilə soyuq ölkələrdə geniş yayıldığını vurğulayıb.

“Soyuq ölkələrdə vitamininin normal səviyyəsini saxlamaq üçün kifayət qədər günəş yoxdur. Bu, bədənimizdə istehsal olunan yeganə vitamindir və insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə, bu, sümük sağlamlığı üçün faydalıdır. Sınıqlar, osteoporoz və s. D vitamini çatışmazlığının nəticəsidir. Bundan əlavə, D vitamini bütün səviyyələrdə hüceyrə mübadiləsində iştirak etdiyi üçün təhlükəsiz bir hormon kimi qəbul edilə bilər. Onun çatışmazlığı demensiyaya (demans), xərçəngin artmasına, ürək-damar xəstəliklərinin yaranmasına və immunitetin azalmasına, nəticədə isə yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”, – Aleksandr Myasnikov “NSN”ə bildirib.

Mütəxəssisin sözlərinə görə, problemin həb və ya tərkibində D vitamini çox olan qidaları qəbul etməkdən başqa çarəsi yoxdur.

“Yalnız bir seçim qalıb – ya tablet şəklində D vitamini qəbul edin, ya da süd, qaraciyər kimi D vitamini ilə zəngin qidalar yeyin”, – Myasnikov bildirib.

Tacxeber.com

Oxşar xəbərlər