Xüsusən son illər İranda cinsiyyətini dəyişdirənlərin sayının sürətlə artması din xadimlərinin etirazlarına səbəb olub.
Bunu İran Prezidenti İbrahim Rəisinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli də etiraf edib.
O, noyabrın 18-də Nəzarət Şurasının və Ekspertlər Şurasının üzvü, Qum şəhərinin cümə imamı Əlirza Erafi ilə görüşündə deyib.
“İndi həkimlər çox rahatlıqla cinsiyyəti dəyişdirmək barədə arayış verirlər. Bu, ölkədə gənclərin nəsil artırmaq qabiliyyətlərini məhv edir”,- Xəzəli bildirib.
Xəzəlinin sözlərinə görə, cinsiyyətini dəyişdirənlərin 50 faizi bir müddət sonra intihar edirlər.
Qeyd edək ki, bununla yanaşı İranda kişilər arasında estetik plastik əməliyyat etdirənlərin də sayı çoxalıb.
Bu barədə açıqlama verən Plastik Cərrahlar Cəmiyyətinin rəhbəri Şəhram Nikuməram deyib ki, estetik əmliyyatlar etdirdiklərinə görə, bir çox iranlılar tanınmaz hala düşüblər. (Axar)