• 24 Noyabr 2024 05:59

“Putin həyatını soyuducu kamerada bitirəcək…”

“Onu soyuducuda saxlamaq olar, amma liderin ölümünü gizlətmək mümkün deyil…”

“Bu, yaxşı olardı, fəqət, bizim arzularımız daima gerçəklikləri üstələyir…Kremldən belə xəbərlər gələrsə, mən pulzuz borş axtarışına çıxacağam…”

Ukrayna yazıçısı Andrey Kurkov bəyan edib ki, işğalçı ölkə prezidenti Vladimir Putinin gələcək ölümünün təfərrüatları onu maraqlandırmır.

Bunu o, “QORDON” nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində etiraf edib.

“O, ömrünü yalnız bir üsulla bitirə bilər. Hər halda o, özünün soyuducusuna və ya soyuducu kameraya düşəcək. Bu, mənim üçün o qədər də maraqlı deyil”, – Kurkov Batsmanın Putinin sonu ilə bağlı proqnoz vermək xahişinə belə cavab verib.

Bundan öncə teleaparıcı Savik Şuster Putinin ölümü barədə şayiələri şərh edərkən xatırladıb ki, bu şayiələrin müəllifləri məlumat verib ki, Kreml rəhbəri, guya, “ölüb və soyuducu kamerada saxlanılır”.

“Önu soyuducuda saxlamaq olar, amma liderin ölümünü gizlətmək mümkün deyil”, – teleaparıcı deyib.

İsraildə yaşayan kinorejissor Roman Kaçanov Batsmana müsahibəsində belə bir fikir ifadə edib ki, Putindən hətta fiziki ölümündən sonra da tərəfdarları tərəfindən Rusiyada mövcud rejimin legitimləşdirilməsi üçün istifadə edilə bilər. Onun fikrincə, onu “tabutda 20 il saxlayıb sağ olduğunu söyləyə bilərlər”.

Kurkov özü qeyd edib ki, “Putinin ölümü” və “Putinin oxşarları” mövzularına istehza ilə yanaşır.

“Bu, yaxşı olardı, lakin bizim arzumuz daima gerçəkliyi üstələyir. Əgər oxşarların olduğuna və gerçək Putinin yoxluğuna inansaq, bu o deməkdir ki, gerçək Putin vacib olmayıb, Rusiya Putinsiz də Ukraynanın düşmənidir və onu məhv etmək istəyir. Amma, əlbəttə ki, Kremldən belə xəbərlər gələrsə, mən pulsuz borş axtarışına çıxacağam” – Kurkov deyib.

 

Kontekst

Rusiyada 2000-ci ildən hakimiyyətdə olan 71 yaşlı Putinin səhhəti dəfələrlə KİV-lərin müzakirə mövzusu olub.

Belə ki, 2020-ci ilin sentyabrında Putinin tələbə yoldaşı, DTK-nın sabiq kəşfiyyatçısı Yuri Şvets deyib ki, Kreml rəhbəri xəstədir və “onun kimya terapiyasını tələb edən problemləri var”.

Həmin ilin noyabrında Britaniyanın “The Sun” nəşri məlumat verib ki, Putin xəstəliyi səbəbindən Rusiya prezidenti postunu tərk edə bilər. Kreml bu məlumatı “tamamilə cəfəng” adlandırıb və əmin edib ki, Putinin səhhəti əladır.

2022-ci ilin aprelində Rusiyanın “Proyekt” nəşri Putinin səhhəti ilə bağlı araşdırma dərc edib. Nəşr müəyyən edib ki, Rusiya prezidentinin həkimlər komandasında cərrah-onkoloq var.

Mayın 12-də “New Lines Magazine” nəşri Kremlə yaxın adı çəkilməyən biznesmenə istinadən məlumat verib ki, Putin qan xərçəngindən əziyyət çəkir.

Mayın 19-da Putinə yaxın olan amerikalı rejissor Oliver Stoun əmin edib ki, Putin xərçəngə qalib gəlib.

İyunun 2-də Amerikanın “Newsweek” jurnalı Amerika kəşfiyyatının məxfi hesabatına istinadən məlumat verib ki, Putin aprel ayında xərçəngin gecikmiş mərhələsindən müalicə kursu keçib.

Avqust ayında Ukrayna kəşfiyyatı məlumat verib ki, Putinin yaxın ətrafında onun səhhəti və qəbul etdiyi qərarlarla bağlı təlaş var.

Oktyabrın 26-da Rusiyanın anonim “General SVR” “Telegram-kanal”ı bəyan edib ki, Putin Valdayda öz iqamətgahında ölüb. Bu məlumat sosial şəbəkələrdə geniş yayılsa da, rəsmən təsdiq edilməyib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər