“Abzas Media” saytının rəhbəri Ülvi Həsənli hava limanına gedərkən saxlanıldı. Cəmiyyət Gündəm Hadisə 20 Noyabr 2023 12:09 148 “Abzas Media” saytının rəhbəri Ülvi Həsənli saxlanılıb. Tacxeber xəbər verir ki, Ü.Həsənli Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun saxlanılma səbəbi hələlik məlum deyil. Qeyd edək ki, sayt rəhbəri bu gün səhər xarici ölkələrdən birinə getməli imiş. O, səhər saatlarında hava limanına yola düşüb. Tacxeber.com