• 24 Sentyabr 2024 12:24

AYB ev verilən yazıçıların adlarını niyə gizlədir? – Açıqlama

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan 21 nəfərə ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onların bir qismi iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.

Bundan başqa, siyahının tam açıqlanmaması da əlavə narazılıqlara və şayiələrin yayılmasına səbəb olub. Şənbə günü AYB-dən tam siyahının bu həftənin ilk iş günü açıqlanacağı bildirilib.

Məsələ ilə bağlı AYB-nin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxladıq.

O açıqlamasında bunları deyib:

“Anar müəllimin xaricə səfəri var. Əgər bu gün alınsa, gələ bilsə, onunla danışıb açıqlama verəcəyik. Yəni AYB-dən rəsmi cavabı gözləyirik”.

KİV-də yayılan siyahıdakı adlara gəlincə, X.Rza “Onu özləri tərtib edib. İçərisində doğru olanlar da, olmayanlar da var”, deyib. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər