• 24 Noyabr 2024 04:49

“Televiziyalarımız lazımsız proqramlar, mənasız seriallar məkanıdır”

“Xalqımızın tarixi, qəhrəmanlığı ilə bağlı ciddi əsərlər yazmaq üçün sadəcə istedad və özün xalqa borclu hiss etmək duyğusu lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, televiziyalar daha ciddi və səviyyəli verilişlər hazırlanmalı, xalqımızın tarixinə daha çox yer ayırmalıdır:

“Televiziya kanallarında ailə-məişətlə bağlı lazımsız proqramlar, boş-boş seriallar yer alır. Mənasız seriallara çoxlu pullar xərclənir, vaxt, enerji ayrılır.

Azərbaycan televizyaları ciddi şəkildə düşünməli, tariximiz, xalqımızın başına gətirilən faciələrlə bağlı sanballı verilişlər hazırlamalıdır. Ailə institutunu dağıtmağa, mənəvi dəyərlərimizi məhv etməyə yönəlmiş yararsız seriallar bir kənara qoyulmaldır. Azərbaycanı şərəfli tarixindən seriallar, sənədli filmlər çəkilməlidir. Bu, günün və vicdanın tələbidir”.

Tacxeber.com

Oxşar xəbərlər