• 20 Sentyabr 2024 21:41

Azərbaycan İssık-Kul gölü sahilində 5 ulduzlu hotel tikəcək – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər