• 23 Noyabr 2024 03:51

Sevinc Vaqifqızına qarşı ittiham irəli sürüldü.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızına qarşı 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil S.Vaqifqızının axşam saatlarında Xətai Rayon Məhkəməsinə çıxarılacağını bildirib.

Qeyd olunub ki, Sevinc Vaqifqızı ittihamları qəbul etmir, bunun istintaq orqanlarının məqsədli şəkildə “Abzas Media”nın fəaliyyətini dayandırmaq üçün uydurduğu ssenari olduğunu bildirir.

Qeyd edək ki, ötən gün – noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və bu gecə baş redaktoru Sevinc Vaqifqızı Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların evində və mətbuat orqanının ofisdə axtarışlar aparılıb. Ülvi Həsənliyə qarşı da eyni ittihamla cinayət işi açılıb.

Həmin gün ictimai fəal Məhəmməd Kekalovun da mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Vəkili bütün cəhdlərinə baxmayaraq, onun haqda heç bir məlumat almaq mümkün olmadığını deyir. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər