Qəzzadakı vəziyyət, insan tələfatı, uşaqların iztirabları dərin narahatlıq doğurur. Qəzzada əziyyət çəkən uşaqların kadrları və narkozsuz əməliyyatlar xüsusi hisslər oyadır.
Tacxeber.com xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin BRİCS-in növbədənkənar onlayn sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, tarix ABŞ-ın Fələstin-İsrail münaqişəsini təkbaşına həll etmək cəhdlərinin qeyri-mümkün olduğunu göstərdi.
Rusiya Fələstin-İsrail münaqişəsinə son qoymaq üçün dünya ictimaiyyətini birgə səylərə çağırır: “İsrail və Fələstin arasında münaqişənin genişlənməsinin qarşısını almaq vacibdir“.
Putin rusiyalıların Qəzzadan qayıtmasında göstərdiyi köməyə görə Misir Prezidentinə minnətdarlığını bildirib. “Girovları azad etmək və insanları evakuasiya etmək üçün Qəzzada humanitar fasilələr lazımdır, lakin uzunmüddətli atəşkəs daha yaxşıdır“.