• 24 Noyabr 2024 02:59

Sonuncu rəqs

Sonuncu rəqs

Dünya futbolunun canlı əfsanələri Lionel Messi və Kriştiano Ronaldo yenidən üz-üzə gələcək.

Tacxeber “Daily Mail”ə istinadən xəbər verir ki, Messinin çıxış etdiyi “İnter Mayami” Ronaldonun komandası “Əl Nəsr”lə yoldaşlıq oyunu keçirəcək.

Oyunun 2024-cü ilin fevralında Ər-Riyadda keçirləcəyi bildirilib. Bu görüş Messi və Ronaldo üçün “sonuncu rəqs” adlandırılıb.

Qeyd edək ki, Messi bu mövsüm “İnter Mayami”də bütün turnirlərdə 14 oyuna 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Ronaldo isə bu mövsüm “Əl-Nəsr”də 17 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər