Hansı dərmanları yatmazdan əvvəl içmək olmaz?
Hansı dərmanları yatmazdan əvvəl içmək olmaz?
Bəzi dərmanlar yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə və yuxusuzluğa səbəb ola bilər.
Bu barədə amerikal klinik psixoloq Maykl Breus xəbərdarlıq edib.
Onun sözlərinə görə, bunlardan biri antiderpessantlardır. Həkim bu dərmanların orqanizmi serotonin istehsalına təhrik etdiyi üçün yuxuya mənfi təsir göstərə biləcəyini izah edib. Buna görə də Breus bu cür dərmanları səhər tezdən içməyi tövsiyə edir.
“Bu, gün ərzində insanın özünü daha yaxşı hiss etməsinə kömək edəcək”, – deyə psixoloq bildirib.
Mütəxəssis soyuqdəymə və virus infeksiyaları üçün toz şəkilli dərmanların da yuxu problemlərinə səbəb ola biləcəyini deyib.
“Reseptsiz satılan soyuqdəymə dərmanların tərkibində adətən burun tıxanıqlığını aradan qaldıra bilən psevdoefedrin maddəsi olur. Psevdoefedrin isə hətta burun spreyi kimi istifadə edildikdə belə yuxusuzluğa gətirir”, – deyə həkim xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu maddə həmçinin allergiya dərmanlarında da olur.
“Yatmazdan əvvəl antihistamin dərmanlar içmək vərdişi yuxusuzluğun inkişafına səbəb ola bilər”, – deyə mütəxəssis izah edib.
Breus adətən yüksək qan təzyiqi və aritmiyaları müalicə etmək üçün təyin edilən beta blokerləri, siqareti tərgitmək üçün nəzərdə tutlan nikotin plastrlarının və yaddaş itkisi, demensiya ilə əlaqəli simptomları müalicə etmək xolinesteraza inhibitorlarının da yuxusuzluq gətirən dərmanlar siyahısında olduğunu qeyd edib.
Mənbə: Eаt This, Not That