• 23 Noyabr 2024 06:23

Məhkəmə İmran Xanın həbsini qanunsuz elan etdi

 

Çərşənbə axşamı Pakistan məhkəməsi dövlət sirrini açıqlamaqda ittiham olunan keçmiş baş nazir İmran Xanın həbsdə qalmasını qanunsuz elan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə İmran Xanın vəkili Naem Haider Panjut məlumat verib.

Onun sözlərinə görə, İslamabad Ali Məhkəməsinin qərarı İmran Xanın ərizəsi əsasında qəbul edilib.

Məhkəmənin qərarı sabiq baş nazir Xanın dövlət sirlərini açıqlamaqda ittiham edilməsindən təxminən bir ay sonra qəbul edilib.

Sabiq baş nazir İmran Xana qarşı iş onun 2022-ci ildə parlamentdə etimadsızlıq səsverməsində hakimiyyətdən devrilməsindən sonra keçirilən mitinqdə çıxışı və “məxfi diplomatik məktubu nümayiş etdirməsindən” qaynaqlanır.

İmran Xan iddia edib ki, bu məktub onun vəzifəsindən kənarlaşdırılması ABŞ-nin planıdır. ABŞ bu planı ordu və siyasi rəqibləri, o cümlədən varisi Şahbaz Şərif vasitsi ilə həyata keçirib. Vaşinqton, Pakistan ordusu və Şərif bu iddianı təkzib ediblər.

Tacxeber.com

Oxşar xəbərlər