Tacxeber.com xəbər verir ki, bunu bu gün keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.
XİN rəsmisi qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür:
“Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib”.