“Qadın Allahın əmanətidir. Ona vaxt ayırın, qadın olduğunu hiss etdirin. Sevin, dəyər verin, ağlatmayın, alçaltmayın”.
Tacxeber.com xəbər verir ki, bunu aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabında yazıb.
O, aparıcı Günay Baxşəliyevanın xəstələndiyini bildirib:
“Sevgi qayğıdan doğar. Diqqət, sevgi pullu deyil. Bu gün bir tanış, imkanlı ailənin dağıldığını eşitdim, çox məyus oldum. Günaya danışıram, bayaqdan o da şoka düşdü. Evləri, maşınları, villaları, amma nə olsun, o milyonlar nəyi xilas etdi? Əksinə dağıtdı.
Bir daha əmin oldum ki, dəyər olmayan yerdə milyonun da dəyəri yoxdur. Günaya görə narahat olub yazan hər kəsə təşəkkür edirik. Şükür, indi yaxşıdır. Allah heç bir qadını xəstə etməsin. Dünən əməlli yoruldum”.