• 23 Noyabr 2024 07:54

Krımı və Donbası Rusiyaya vermək… – Zelenski

Ukrayna Krımı və Donbası Rusiyaya verməyə razı olmayacaq.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Foks Nyus”a (Fox News) müsahibəsində deyib.

O bildirib ki, Kiyev Donbas və Krımı Rusiyaya verərsə, döyüşləri dayandırmaq olar, lakin Ukrayna bununla razılaşmayacaq. Çünki bu, sülh planı deyil.

Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşməyə və onun sülh planını müzakirə etməyə hazır olduğunu da vurğulayıb:

“Gəlin Trampla danışaq və ona sülh qərarında hansı addımların olduğunu göstərmək imkanı verək. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər. Mən onunla görüşməyə hazıram”. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər